Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 19:12
Bakı. Trend:
Avstriya Rusiya ərazisində törətdiyi qətlə görə axtarışda olan erməni cinayətkar Qarri Qriqoryantsı oraya ekstradisiya edib.
Trend-in məlumatına görə, Q.Qriqoryants 1998-ci ildə Krasnoyarsk diyarında məişət zəminində öz tanışını qətlə yetirib.
Uzun müddət gizlənən cinayətkarın 2019-cu ilin iyununda Avstriyada olduğu müəyyən edilib. Rusiyanın ekstradisiya müraciətini Avstriya dekabr ayında təmin edib.
Qarri Qriqoryantsın Rusiya vətəndaşı olmadığı deyilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin