Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 20:36
Bakı. Trend:
Çeçenistanın rəhbəri Ramzan Kadırov müvəqqəti olaraq vəzifəsini tərk edib.
Trend-in məlumatına görə, bu barədə Çeçenistan rəhbərinin rəsmi saytında bildirilir.
Qeyd edilir ki, R.Kadırov Çeçenistan Respublikası Konstitusiyasının 76-cı maddəsinə uyğun olaraq, müvəqqəti olaraq iş qabiliyyətini itirdiyi üçün vəzifəsini yanvarın 13-dən Çeçenistan Respublikası hökumətinin sədri Müslim Xuçiyevə həvalə edib.
Sənəd yanvarın 13-də imzalanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin