Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 08:48
"Ulefone" şirkəti "Android 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Ulefone Armor X7" adlı ilk mühafizəli smartfonun buraxılışına hazırlaşır.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Android" əməliyyat sisteminin ən yeni versiyası olan "Android 10" ötən ilin sentyabrında buraxılıb. O, əvvəlki versiyalardan təkmilləşdirilmiş məxfilik idarəetmə vasitələri, jestlər vasitəsilə yeni naviqasiya sistemi və digər funksiyalarla fərqlənir. Sistem ümumilikdə istifadəçi ilə sadə və intellektual əlaqəni təmin edəcək.
Məlumata görə, "Armor X7" 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşa malik dördnüvəli prosessorla təchiz olunacaq ki, bu da gündəlik istifadə tələblərinə tam cavab verəcək. Həmçinin 13 meqapikselli əsas və 5 meqapikselli ön kamera yüksəkkeyfiyyətli təbii şəkillərin çəkilişini uğurla təmin edəcək. 4 min milliamper/saat tutumlu böyük batareya smartfonu uzunmüddətli iş vəziyyətində saxlamağa imkan verəcək. Bundan başqa, qurğu iki gözləmə rejimli qoşa SİM kartı, müxtəlif tezlik diapazonlarını və digər funksiyaları dəstəkləyir. Smartfon IP68/IP69K standartı üzrə sertifikatlaşdırılıb.
"Ulefone Armor X7" smartfonunun qiyməti hələ ki açıqlanmayıb.