Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 16:06
Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu sözləri secki-2020.az saytına Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
O bildirib ki, islahatlar prosesinə töhfə vermək, yeni ideyalar gətirmək məqsədilə parlamentin buraxılmasına dair qəbul edilən qərar təqdirə layiqdir: "Bu, çox stimulverici prosesdir və nümunəvi məqamdır. Beynəlxalq ictimaiyyətin də diqqəti Azərbaycandakı seçkilərə yönələcək. Düşünürəm ki, Azərbaycanda aparılan islahatlar ölkənin hərtərəfli inkişafına yeni təkan verəcək".