Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla sərhəddə sərhədçini girov götürən Gürcüstan vətəndaşına rəsmi ittiham irəli sürüldü

Azərbaycanla sərhəddə sərhədçini girov götürən Gürcüstan vətəndaşına rəsmi ittiham irəli sürüldü

Tarix: 16 Yanvar 2020 17:18

Bakı. Tamilla Məmmədova - Trend:

Gürcüstan vətəndaşı Georgi İçukaidze barəsində Azərbaycanla sərhəddə silahlı insidentlə əlaqə rəsmi ittiham irəli sürülüb.

Trend-in məlumatına görə, G.İçukaidze odlu silah almaqda və saxlamaqda, eləcə də girov götürməkdə ittiham olunub.

Xatırladaq ki, yanvarın 14-də Gürcüstan-Azərbaycan sərhədində insident baş verib.

Gürcüstanın sərhəd polisinin Çitelexide sahəsi üzrə sərhəd nümayəndəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin rəisi ilə əlaqə saxlayaraq, “Keşikçi Qala” sərhəd zastavasının xidməti ərazisi ilə üzbəüzdə - Gürcüstan ərazisində hərbi geyimli naməlum şəxsin Gürcüstan sərhədçisini girov götürərək sərhəd xəttinə doğru irəliləməsi barədə məlumat verib.

Daxil olmuş məlumat əsasında dərhal təxirəsalınmaz işlər görülüb, qeyd olunan istiqamətdə dövlət sərhədinin mühafizəsi gücləndirilib, həmin şəxslərin Azərbaycan ərazisinə keçmək cəhdinə yol verməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı həmkarlarına bu insidentin aradan qaldırılması ilə bağlı effektiv əməkdaşlığa görə minnətdarlığını bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanla sərhəddə sərhədçini girov götürən Gürcüstan vətəndaşına rəsmi ittiham irəli sürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ