Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

WhatsApp istifadəçilərinə qarşı fishing hücumları – bu üsulla fərdi məlumatlar oğurlanır

WhatsApp istifadəçilərinə qarşı fishing hücumları – bu üsulla fərdi məlumatlar oğurlanır

Tarix: 16 Yanvar 2020 21:20

"WhatsApp" sosial şəbəkəsinin istifadəçilərinə qarşı  fishing hücumları aşkarlanıb.

Bu haqda beynəlxalq antivirus şirkəti "ESET" məlumat yayıb.

Şirkət mütəxəssislərinin məlumatına görə, cinayətkar şəbəkə istifadəçilərinə saxta mesaj göndərir. Mesajda "Adidas" kompaniyasının yubileyi ilə əlaqədar ayaqqabı və idman köynəyi hədiyyə edəcəyi bildirilir. Bunun üçün isə istifadəçilər mesajdakı linkə daxil olub sorğuda iştirak etməlidirlər. Həmçinin bu saxta mesajı kontaktında olan 20 nəfər göndərməlidir.

Cinayətkarlar "Adidas" şirkətinin loqotipindən və bir neçə ay əvvəl qeydiyyatdan keçmiş domendən istifadə edirlər. Bu üsulla fırıldaqçılar şəbəkə istifadəçilərinin şəxsi məlumatlarını ələ keçirirlər.


Etiketlər:  WhatsApp istifadəçilərinə qarşı fishing hücumları üsulla fərdi məlumatlar oğurlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ