Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı Metropoliteni daha 16 müasir ventilyator alır, gələn ay gətiriləcək

Bakı Metropoliteni daha 16 müasir ventilyator alır, gələn ay gətiriləcək

Tarix: 17 Yanvar 2020 14:08

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bu il metro tunellərində havalandırmanı yaxşılaşdırmaq üçün daha 16 müasir ventilyator alacaq.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yeni ventilyatorlar bu ilin fevral-mart aylarında Bakıya gətiriləcək:

"Gətiriləcək 16 ventilyatorun 10-u "qırmızı" və "yaşıl" xətlər üzrə olan metro stansiyalarında quraşdırılacaq. Qalan 6 ventilyator isə "Bənövşəyi" xətt üçün nəzərdə tutulub".

B.Məmmədov bildirib ki, ötən il alınaraq metro tunellərində quraşdırılan 7 ventilyatorun da fiberoptik kabellərlə mərkəzə birləşməsi prosesi tam yekunlaşıb.


Etiketlər:  Bakı Metropoliteni daha 16 müasir ventilyator alır gələn ay gətiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ