Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksikada Müdafiə Nazirliyinin patruluna hücum edilib

Meksikada Müdafiə Nazirliyinin patruluna hücum edilib

Tarix: 18 Yanvar 2020 03:00

Bakı. Trend:

ABŞ ilə sərhəddə yerləşən Meksikanın Tamaulipas ştatında ərazini patrul edən əsgərlər bir qrup silahlı şəxslər tərəfindən hücuma məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə "Mañana" nəşriyatı bildirib.

Məlumata əsasən, hadisə nəticəsində 11 hücüm edən şəxs öldürülüb:

"Reynosa-Miqel Aleman şossesi yaxınlığında silahlı qrup tərəfindən pusqudan edilən hücum nəticəsində 11 mülki şəxs əsgərlərin cavab atəşi ilə öldürülüb".

Toqquşma yerində on bir Kalaşnikov avtomatı və partlayıcı maddə ələ keçirildiyi bildirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Meksikada Müdafiə Nazirliyinin patruluna hücum edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ