Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 23:34
Fransa prezidenti Emmanuel Makronun dünən teatrda olduğunu sosial şəbəkədə paylaşan jurnalist saxlanılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, jurnalist Taha Bouhafs paylaşımında teatr salonunda olduğunu və prezidentin oturduğu cərgədən 3 sıra arxada əyləşdiyini qeyd edib. Bundan sonra Fransada pensiyayla bağlı ediləcək dəyişikliyi qəbul etməyən insanlar teatr qarşısına toplaşaraq şüar səsləndiriblər.
Etirazçılar teatr salonuna girməyə çalışsa da, polis buna mane olub. Makron teatrdan təhlükəsizlik qüvvələrinin köməyilə uzaqlaşdırılıb.