Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 13:42
Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində "Auqsburq"a 5:3 hesabıyla qalib gələn "Borussiya Dortmund"un futbolçusu Erlinq Haland açıqlama verib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Dortmund təmsilçisinin heyətində debüt oyununda het-triklə yadda qalan 19 yaşlı norveçli futbolçu, bunları deyib:
"Bura qol vurmaq üçün gəlmişəm. Sevinirəm ki, debütüm yaxşı alındı. Azarkeşlərin göstərdiyi dəstək möhtəşəmdir. Bu cür azarkeşlərin qarşısında oynamaq sevindiricidir. Burda xoşbəxtəm".
Holand bir müddət əvvəl "Zalzburq"dan "Borussiya"ya transfer olunmuşdu.