Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 16:22
Çin hökuməti yeni koronavirusun ölkənin bir neçə şəhərində kəskin yayılması faktını təsdiqləyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, xəstələrin sayı üç dəfə artıb, 3 nəfər sözügedən virusdan artıq həyatını itirib.
Ümumilikdə, Uhan şəhərindən yayılmağa başlayan sətəlcəmə səbəb olan virusa son bir həftə ərzində 136 nəfər yoluxub. Bundan əvvəl 62 yoluxma faktı qeydə alınmışdı.