Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 08:56
ABŞ İsraildən dünyanın ilk elektrikli təyyarələrini satın alacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, "Cape Air" adlı ABŞ şirkəti İsrailin "Eviation" startapından 10 ədəd elektrikli təyyarə satın alacaq.
Elektrikli təyyarələr "Alice" adlanır. 6-7 nəfər üçün nəzərdə tutulan bu təyyarə bir dəfə enerji yığmaqla 1000 kilometrə qədər məsafəni aşa bilər. Qurğunun korpusu tamamən kompozitlərdən ibarətdir, buna görə də onun çəkisi cəmi 6 tondur. "Alice"in sürəti saatda 450 kilometrdir.
Təyyarənin mühərriki innovativ 980 kilovat-saatlıq batareya ilə təchiz olunub. "Phinergy" şirkətinə məxsus bu batareya qalan enerjıdən aslı olaraq uçuşu tənzimləyən xüsusi proqram alqoritminə əsaslanır. Havanın termal yüksəlişlərindən istifadə edərək təyyarənin batareyaları havada enerji yığa bilir.