Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sumqayıt" Polşa klubunu məğlub etdi

Tarix: 21 Yanvar 2020 18:32

Mövsümün ikinci yarısına hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt” bu növbəti yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, Ayxan Abbasovun komandası Polşa təmsilçisi “Arka” ilə qarşılaşıb. Bələk bölgəsində yerləşən “Topkapı” otelinin stadionunda keçirilən görüş "Sumqayıt"ın qələbəsi ilə başa çatıb - 1:0.



 Yoxlama oyunu

"Sumqayıt" - "Arka" - 1:0
Qol:
Əmir Ağayev, 8

Qeyd edək ki, “Sumqayıt” Antalya toplanışındakı yoxlama oyunlarında Macarıstanın “Kaposvar” klubuna 3:4 hesabıyla uduzub, Rumıniyanın “Politexnika” (İaşi) komandası ilə heç-heçəyə razılaşıb (1:1).

 


Etiketlər:  Sumqayıt Polşa klubunu məğlub etdi


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ