Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Premyer Liqası reytinqdə 14 pillə irəlilədi

Azərbaycan Premyer Liqası reytinqdə 14 pillə irəlilədi

Tarix: 21 Yanvar 2020 19:44

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın ən güclü çempionatlarının siyahısını açıqlayıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 100 çempionatın yer aldığı siyahıya Azərbaycan Premyer Liqası 349 xalla 56-cı yerdə qərarlaşıb. Ötən il siyahıda 70-ci yeri olan Premyer Liqamız 1 il ərzində 14 pillə irəliləyib. Azərbaycanı Nigeriya, Əlcəzair, Estoniya, İran, Latviya çempionatları izləyir.

Qonşu ölkələrdən Rusiya 26-cı, Türkiyə 28-ci, Gürcüstan 51-ci, İran 60-cı, Ermənistan 80-cidir.

İngiltərə Premyer Liqası 1287 xalla siyahıya başçılıq edir. Braziliya A Seriyası 2-ci, İspaniya La Liqası 3-cü, İtaliya A Seriyası 4-cüdür.

Milli.Az


Etiketlər:  Azərbaycan Premyer Liqası reytinqdə pillə irəlilədi


RƏYLƏR