Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 00:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq" mövzusunda iclasda iştirak edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, iclasda Avrasiyada ölkələrarası əməkdaşlıq məsələsi müzakirə olundu. Həmçinin ticarət, energetika, nəqliyyat sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, dördüncü sənaye inqilabının region üçün əhəmiyyəti vurğulandı.
İclasda Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti və digər nüfuzlu qonaqlar iştirak ediblər.