Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 01:08
Bakı. Trend:
Türkiyənin Manisa vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 22:22-də Akhisar rayonunda qeydə alınıb.
Onun ardınca, rayonda 4,4 bal gücündə daha bir zəlzələ baş verib. Təkanlar yerli vaxtla saat 22:25-də qeydə alınıb. Daha sonra saat 22:34-də 3,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Təxminən 6.98 kilometr dərinlikdə baş verən zəlzələ İzmir, Manisa, Aydın əyalətlərində, həmçinin Yalova və Bursada da hiss edilib.
Türkiyə Daxili İşlər Nazirliyi məlumat verib ki, hazırda zəlzələ nəticəsində ölən və xəsarət alan yoxdur
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin