Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti''nə verilən lisenziya məhdudlaşdırılıb

''Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti''nə verilən lisenziya məhdudlaşdırılıb

Tarix: 17 May 2019 13:42

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) idarə heyətinin qərarı ilə "Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti"nə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi mayın 17-dən yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

MBNP-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, eyni zamanda, attestasiyadan müvəffəqiyyətlə keçən Banluyev Ramid Xalıq oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə verilən lisenziya məhdudlaşdırılıb


RƏYLƏR