Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 14:40
"Bavariya"nın baş məşqçisi Niko Kovaçın komandadakı gələcəyi müəyyənləşib.
Qol.az-ın "Goal" nəşrinə istinadən yaydığı xəbərə görə, xorvatiyalı çalışdırıcı istefaya göndəriləcək. Hətta mövsümün sonunda gözlənilən "qızıl dubl"dan asılı olmayaraq, klub rəhbərliyinin futbolçularla münasibəti yaxşı olmayan mütəxəssisi qovacağı bildirilir.
Artıq Kovaçın yerinə kimin keçəcəyi də bəllidir. Rəhbərlik baş məşqçi vəzifəsini komandanın sabiq üzvlərindən Marko van Bommelə həvalə etmək istəyir. 2066-2011-ci illərdə "Bavariya"nın formasını geyinmiş veteran yarımmüdafiəçi ötən yaydan PSV-ni çalışdırır. Bu vəzifəyə həmçinin "Ayaks"ın baş məşqçisi Erik ten Haqın da namizəd olduğu iddia olunur.
Qeyd edək ki, hələlik "Bavariya" məsələyə münasibət bildirməyib.