Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 17:28
Bakı. Trend:
Almaniyanın Erfurt şəhərində ölkə ərazisinə saxta sənədlərlə daxil olmuş iki nəfərlə əlaqədar polis reydi keçirilib.
Trend-in məlumatına görə, onlar erməni mafiyasına mənsub olmaqda şübhəli bilinirlər.
Qeyd olunur ki, həmin iki nəfər Almaniyaya 20 il əvvəl saxta sənədlərlə və saxta ad altında daxil olub.
Onların 2017-ci ildə rəqib erməni qruplaşmaları arasında atışmada iştirak etdiyi də ehtimal olunur.
Polisin məlumatına əsasən, Almaniyada fəaliyyət göstərən erməni mafiyası 1990-cı illərin əvvəllərində əsasən Azərbaycandan Almaniyaya getmiş ermənilərdən ibarətdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin