Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 17:42
99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlunun dairə ərazisində ədalətsizlik kmi qiymtləndirilən hərəkətləri qeydə alınıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı həmin dairdən olan digər namizdlərdən MSK-ya məlumat daxil olub: "Tural Zeynalovun qanunu pozması ilə bağlı, seçiciləri ələ almaq üçün onlara ərzaq paylaması kimi hallar qeydə alınıb. Sosial şəbəkələrdə də bununla bağlı məlumat var. Tural Zeyanolv özü də sosial şəbəkədə profilində belə fotolar paylaşıb. İstədim məlumat verim ki, belə halların qarşısı alınmalı və namizədlər üçün bərabər şərait yaradılmalıdır".
MSK-nın iclasında həmin namizədlə bağlı araşdırma aparılması barədə qərar qəbul edilib.