Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 00:46
"DiaNeoSis" təşkilatının apardığı sorğuya əsasən, yunanlar miqrant axınına qarşı ölkələrinin tab gətirməyəcəklərindən narahatdırlar. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sorğuda iştirak edənlərin 72 faizi hökumətin miqrant axınına qarşı daha sərt olmasını arzulayırlar. 85 faiz miqrantların həddən çox olmasından gileylənir. 88 faiz hökumətin Avropa İttifaqından tezliklə yardım alınmasına ehtiyac olduğunu bildirib. Yalnız 5 faiz sorğu iştirakçıları hökumətin bu istiqamətdə apardığı fəaliyyətdən razı olduğunu deyib.
Qeyd edək ki, Yunanıstan artıq bir neçə ildir ki, miqrant axını ilə üzləşib. Qaçqınların gəlişi bir müddət azalsa da, son zamanlar onların sayı yenidən çoxlamağa başlayıb.