Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 19:56
Təlim-məşq toplanışını Antalyada davam etdriən “Neftçi” bu gün sonuncu yoxlama oyunun çıxıb.
Qol.az xəbər verir ki, “ağ-qaralar” Ukraynanın “Desna” klubu ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. "Neftçi"nin qolunu 66-cı dəqiqədə Stiven Monroz vurub. “Desna” isə 38 və 45-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, "Neftçi" bundan əvvəlki hər iki yoxlama oyununda məğlub olmuşdu. Paytaxt təmsilçisi ilk matçda Polşanın “LSK Lodz” komandasına 0:4, ikinci görüşündə isə “Dinamo”ya (Kiyev) 1:2 hesabı ilə məğlub olub.
Yoxlama oyunu
18:00 “Neftçi” – “Desna” - 1:2