Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 12:45
Bakı. Samir Əli Trend:
Bakıda axşam saatlarında sulu qar yağsa da qısamüddətli olacaq.
Trend-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yağıntıya baxmayaraq Bakıda qar örtüyü əmələ gəlməyəcək:
"Quba, Xaçmaz, Lənkəran, Lerik, Zaqatala, Balakən, Naxçıvanda və digər dağlıq ərazidə qar örtüyü yaranacaq. Amma qar örtüyü uzunmüddətli olmayacaq. Bu il qış daha mülayım keçir. Yağıntı miqdarı da azdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin