Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binəqədidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı (FOTO)

Binəqədidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı (FOTO)

Tarix: 24 Yanvar 2020 17:24

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Trend-in məlumatına görə, ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin jurnalistlərə bildirib ki, araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı məlum olub.

Sözügedən ərazidə qeyri-yaşayış binasının tikintisi məqsədilə tikinti altına düşən müxtəlif cinsli 7 ağacın köçürülməsinə Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib və ağaclar “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin mütəxəssisləri tərəfindən budanaraq 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisinə köçürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Binəqədidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı (FOTO) Binəqədidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı (FOTO) Binəqədidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı (FOTO) Binəqədidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı (FOTO)


Etiketlər:  Binəqədidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı FOTO


RƏYLƏR