Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 17:33
İki paytaxt arasında ilk dəfə keçirilən "Bakı-Moskva - mədəniyyətlər dialoqu" layihəsində Rusiyadan təxminən 150 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev "Bakı-Moskva - mədəniyyətlər dialoqu" konfransı çərçivəsində deyib.
Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə işə salınan "Bakı prosesi" öz işini müxtəlif formalarda davam etdirir və müxtəlif beynəlxalq layihələrin reallaşmasına təkan verir: "Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək. "Bakı-Moskva - mədəniyyətlər dialoqu" və konfrans çərçivəsində üç gün ərzində keçiriləcək digər tədbirlər münasibətlərin genişlənməsinin və gələcək Humanitar forumda müzakirə olunacaq mövzuların əsasını qoyacaq".