Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 20:44
İsveçrə zərbxanası dünyanın ən kiçik qızıl sikkəsini istehsal edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, üzərində Albert Eynşteynin məşhur şəkli əks olunan sikkənin dəyəri İsveçrə frankının dörddə birinə bərabərdir.
Qızıl sikkənin çəkisi 60 milliqram, diametri isə təxminən 3 millimetrdir.
Sikkədə təsvir olunan şəkli adi gözlə görmək mümkün olmadığı üçün pul böyüdücü şüşə və işıqlandırma qurğusu ilə birgə buraxılıb.