Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 21:08
NTB kanalının uzun illərdir məşhur hava aparıcısı Aleksandr Belyayev onkoloji xəstəlikdən əziyyət çəkir. O, uzun illərdir ağciyər xərçənginə görə müalicə alır və bu barədə izləyicilərinə məlumatlar verirdi.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, aparıcı xərçəngə görə ona təyin olunan uzun siyahı dolu dərmanların çoxluğundan və onların əlavə təsirindən gileylənib.
Ona görə o, bir çox dərmanları qəbul etməkdən imtina edib.
Şiş əleyhinə dərmanlar onun sinir sisteminə mənfi təsir etmişdi. Belə ki, Aleksandr gəzmə və bəzi koordinasiya hərəkətlərində çətinlik çəkirdi.
Onkoloji tabletləri dayandırandan sonra o, nevroloqların köməyi ilə yan təsirləri aradan qaldıra bildi. İndi o yalnız diabet dərmanını qəbul edir.