Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 06:56
Bakı. Trend:
Almaniya Bundesliqasında 19 tur başlayıb.
Trend-in məlumatına görə,"Borussiya" "Köln" komandasına 5-1 hesabı ilə qalib gəlib. Oyun Dortmund şəhərində keçirilib.
Qollar: "Borussiya" - Rafael Gereyro (1), Marko Roys (29), Jeydon Sanço (48) və Erlinq Holand (77, 87); "Köln" - Mark Ut (65).
Qeyd edək ki, "Borussiya"nın 19 yaşlı futbolçusu Holand ilk iki matçda 57 dəqiqədə 5 qol vuran ilk oyunçu olaraq Bundesliqanın rekordsmeni adını qazanıb.
Hazırda "Borussiya" 19 oyunda 36 xalla Almaniya Bundesliqasında üçüncü pillədə qərarlaşıb. "Köln" 19 görüşdən sonra 20 xal toplamaqla 13-cü yerdədir.
Tur yanvarın 26-a qədər davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin