Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 11:38
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ötən gün Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə verdiyi başsağlığında deyilir. Başsağlığının mətnində qeyd edilir:
"Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır".
Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.
Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.
Ölənlər arasında azərbaycanlı yoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin