Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 12:18
Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində qeydə alınmış namizədlərin bu günə olan sayı məlum olub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hazırda qeydə alınmış namizədlərin sayı 1399 nəfərdir. Ümumilikdə, seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət etmişdi. Lakin namizədlərdən 1032 nəfəri seçki prosesinin müxtəlif mərhələlərində könüllü olaraq seçkilərdə iştirak etməkdən imtina edib.
Seçkilərdə ən çox namizədin qeydə alındığı dairə 16 saylı Yasamal ikinci seçki dairəsidir. Həmin dairə üzrə 25 namizəd var.
Ən az namizədin qeydə alındığı dairələr isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan, 4 saylı Naxçıvan şəhər seçki dairələridir. Həmin dairələrin hər biri üzrə 3 namizəd qeydə alınıb.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.