Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sumqayıt'' ''Şaxtyor''a 4 qolla qalib gəldi

''Sumqayıt'' ''Şaxtyor''a 4 qolla qalib gəldi

Tarix: 25 Yanvar 2020 20:00

"Sumqayıt" bu gün Antalyada son yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Qazaxıstanın "Şaxtyor" komandası ilə görüşüb və 4:2 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində Amil Yunanov dubl edib (49, 62). Digər qolları isə Əmir Ağayev (27) və Rəhim Sadıxov (59) vurub.

Qeyd edək ki, Ayxan Abbasovun kollektivi bunadək 3 yoxlama oyununa çıxıb. Macarıstan  "Kaposvar"ına 3:4 hesabı ilə məğlub olan "Sumqayıt"  Rumınyanın "Politexnik"i ilə 1:1 hesablı heç-heçə razılaşıb və  Polşa"nın "Arka" komandasını 1:0 hesabı ilə məğlub edib.

 


Etiketlər:  Sumqayıt Şaxtyora qolla qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ