Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Enrike millidəki işinə fasilə verdi

Enrike millidəki işinə fasilə verdi

Tarix: 17 May 2019 19:56

İspaniya millisinin baş məşqçisi Luis Enrike yığmadakı işinə fasilə verib.

Qol.az-ın xəbərinə  görə, bu barədə İspaniya Futbol Federasiyasının nümayəndəsi  Joze Fransisko Molina mətbuat konfransında məlumat verib. O deyib ki, 49 yaşlı mütəxəssis ailəsindəki ciddi problemlər səbəbindən yığma ilə maraqlana bilmir. Molino  Avro-2020-nin seçmə mərhələsində Farer adaları və İsveçlə matçlarda Enrikenin komandanın başında olmayacağını söyləyib. Millini bu görüşlərə  baş məşqçi köməkçisi Roberto Moreno çıxaracaq.

Qurum rəsmisi bildirib ki, federasiya Enrikenin bu çətin dönəmində onun yanındadır və müqaviləyə sadiqdir.

Qeyd edək ki, İspaniya mətbuatı Enrikenin 26 martdan indiyə kimi yığmadakı işinə fasilə verdiyini, ailəsinin yanında olduğunu yazıb.

 


Etiketlər:  Enrike millidəki işinə fasilə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ