Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elektron qaydada pensiya təyin edilən şəxslərin SAYI açıqlandı

Elektron qaydada pensiya təyin edilən şəxslərin SAYI açıqlandı

Tarix: 25 Yanvar 2020 15:36

Bakı. Trend:

2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən dövrdə bu e-sistemlər vasitəsilə 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib. Onlardan 16 min 100-nə e-qaydada pensiya, 24 mininə isə müavinət və təqaüd təyin edilib.

Beləliklə, həmin şəxslərin hansısa quruma müraciətinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib.

Cari il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron şəkildə həyata keçirilməsi gözlənilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Elektron qaydada pensiya təyin edilən şəxslərin SAYI açıqlandı Elektron qaydada pensiya təyin edilən şəxslərin SAYI açıqlandı


Etiketlər:  Elektron qaydada pensiya təyin edilən şəxslərin SAYI açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ