Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 15:58
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda keçirilən dəbdəbəli toyların birində Türkiyə şou-biznesinin məşhur simaları - Nihat Doğan, Ebru Yaşar, Doğuş və bir neçə azərbaycanlı sənətçi səhnə alıblar.
Sonxeber.net bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, toyun sahibi mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalov olub. Belə ki, R.Camalovun qızı Züleyxanın Elşən adlı bəylə ailə həyatı qurub.
Toyun aparıcılığı Nəsib Nura, idarə olunması isə müğənni Zamiq Hüseynova həvalə olunub.
Yavər Camalov
Şadlıqda Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, müğənni Namiq Qaraçuxurlu ilə yanaşı, Əməkdar artist Xumar Qədimova da iştirak edib.
Rəşad Camalov
Qeyd edək ki, Züleyxa deputatlığa namizəd Rəşad Camalovun qızıdır.