Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 16:14
Ernan Kresponun yeni işi məlum olub.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, o, yerli komandalardan "Defensa y Justicia"ya baş məşqçi təyin edilib. Lakin kubun rəsmi saytı müqavilənin detallarını açıqlamayıb.
Qeyd edək ki, Krespo karyerası ərzində "Milan", "Lazio", "İnter", "Genoa", "Parma" kimi komandaların formasını geyinib. O, İtalyanın "Modena" və Argentinanın "Banfield" komandalarını da çalışdırıb.
Əlavə edək ki, "Defensa y Justicia" hazırda Argentina çempionatının turnir cədvəlində 21 xalla 16-cı yeri tutur.