Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyada daşqınlar qurbanlarının sayı 57 nəfərə çatıb - YENİLƏNİB

Braziliyada daşqınlar qurbanlarının sayı 57 nəfərə çatıb - YENİLƏNİB

Tarix: 27 Yanvar 2020 08:36

08:35

Braziliyanın cənubundakı daşqın qurbanlarının sayı artıq 57 nəfərə çatıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, 19 nəfər itkin düşüb. Bölgənin 99 şəhərində davam edən yağış təhlükəsinə qarşı fövqəladə vəziyyət elan edilib.

----------

04:32

Braziliyanın Minas-Jerays və Espiritu-Santu ştatlarında şiddətli yağışlar səbəbi ilə yaranan daşqınlar qurbanların sayı 53-ə yüksəlib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, SDN nəşri ölümlərin 44-nün Minas-Jerays, 9-nun isə Espiritu-Santu ştatında baş verdiyini bildirib.

Məlumatda 19 nəfərin itkin düşdüyü bildirilir. Bölgənin 99 şəhərində davam edən yağışların davam etməsi təhlükəsinə qarşı fövqəladə vəziyyət elan edilib.

Aleqre şəhərinin meriyası suyun yığılması səbəbiylə bəndin məhv olma təhlükəsi olduğunu açıqlayıb və vətəndaşları təhlükəsiz ərazilərə daşınmağa çağırıb. Ümumilikdə bölgədəki 20 mindən çox insan daşqın, torpaq sürüşməsi və sel daşqınları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Braziliya Milli Meteoroloji Xidmətinin məlumatına görə, 24 yanvarda Minas-Jerays ştatının mərkəzi Belu-Oriontiyə son 110 ili üzrə rekord miqdarda yağıntı düşüb - 171.8 millimetr.


Etiketlər:  Braziliyada daşqınlar qurbanlarının sayı nəfərə çatıb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ