Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 15:00
Xəbər verdiyimiz kimi, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəli paytaxtın "İçərişəhər" metrosunun qarşısında ucaldılacaq.
Sonxeber.net bildirir ki, qafqazinfo hazırda heykəl üzərində aparılan hazırlıq işlərinin nə yerdə olması ilə maraqlanıb.
İş emalatxanasında bizimlə söhbətləşən heykəlin müəllifi Xalq rəssamı Xanlar Əhmədov bildirib ki, artıq Hacı Zeynalabdin Tağıyevin heykəlində son tamamlama işləri gedir: "Heykəlin qabaritində, duruşunda, əlinin formasında, əsada xırda dəyişikliklər var. Çünki heykəl ölçüsünə görə tələb edir ki, hansısa dəyişikliklər edək. Amma bütünlüklə heykəl eskizdəki model kimi olacaq. Dəyişikliklər yaxşılığa doğru olmalıdır.
Mən bu işə başlayanda özüm üçün qrafik qurmuşdum. Hələlik bu qrafik daxilində işlərim gedir. Dediyim vaxtda, yekunlaşdıracağam".
Rəssam Tağıyevin heykəlinin hazırlanmasına yaradıcılıq işi kimi baxır: "Özlüyümdə belə qəbul etmişəm ki, bu mənim üçün sifariş deyil. Çalışıram ki, elə yaradıcı iş kimi bunu başa vurum. Səhər saat 8:00-dan axşam saat 9:00- kimi işləyirəm. Bu iş elədir ki, bunu saathesabı görmək mümkün olmur. İlham pərisi deyilən bir şey var, çalışmaq lazımdır ki, o uçub kənara getməsin. Həmişə adamın çiynində otursun".