Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elazığda təhsil alan tələbə: "Prezident İlham Əliyev bir daha göstərdi ki, insan amili dövlətin siyasətində öndə dayanır"

Elazığda təhsil alan tələbə:

Tarix: 27 Yanvar 2020 15:24

Azərbaycan dövlətinə, cənab Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk ki, dar gündə öz vətəndaşının yanında oldu.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Türkiyədə zəlzələ zonasından Azərbaycana təxliyə edilən, Elazığ vilayətindəki Fırat Universitetinin çalışma iqtisadiyyatı fakultəsinin 2-ci kurs tələbəsi, azərbaycanlı tələbə Şahin Hüseynov deyib.

O qeyd edib ki, zəlzələ baş verəndən dərhal sonra Azərbaycan dövləti Elazığ şəhərində təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti ilə maraqlanıb:

"Elazığda zəlzələ baş verən gün gecəni çöldə keçirdik. Şəhərdə vəziyyət yaxşı deyildi, bizim üçün çətin idi, nə edəcəyimizi, hara gedəcəyimizi bilmirdik. Lakin dövlətimiz bütün bu məsələləri həll etdi. Prezident İlham Əliyev tapşırıq verdi, bizim Elazığdan Naxçıvana gəlməyimiz üçün avtobus, Naxçıvandan Bakıya gəlməyimiz üçün isə təyyarə təşkil edildi.

Cənab Prezidentimiz bir daha göstərdi ki, o, hər bir vətəndaşın Prezidentidir, daim öz vətəndaşlarının yanındadır, insan amili Azərbaycan dövlətinin siyasətində öndə dayanır. Bir daha Prezidentimizə dərin minnətdarlığımızı bildiririk".

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 39-a çatıb.

Prezident İlham Əliyevin tapşırığı ilə zəlzələ zonasından Naxçıvana təxliyə edilən 102 azərbaycanlı tələbə yanvarın 26-da təyyarə ilə Bakıya gətirilib.

Milli.Az


Etiketlər:  Elazığda təhsil alan tələbə Prezident İlham Əliyev bir daha göstərdi ki insan amili dövlətin siyasətində öndə dayanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ