Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 22:02
Daşkəndin mərkəzində ilk dəfə 1 milyard dollar dəyərində 230 metr hündürlüyündə 50 mərtəbəli "əkiz" göydələn tikiləcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Day and Night" investisiya layihəsi çərçivəsində salınacaq işgüzar mərkəzdə tikiləcək əkiz göydələnlərin zirvəsində Günəşi və Ayı təcəssüm etdirən iki dövr edən kürə yerləşdiriləcək.
İşgüzar mərkəz 1,2 milyon kvadratmetr ərazidə inşa olunacaq. Göydələnlərdən başqa burada 16 ticarət, yaşayış və mədəniyyət obyektləri tikiləcək, 20 min iş yeri yaradılacaq.