Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 22:16
İrlandiyanın Dublin şəhərində bir ailənin evində 3 övladının meyiti tapılıb.
Sonxeber.net xəbər verir ki, polis iki oğlan və bir qızın ölümünü "izaholunmaz" hesab edib.
Faciə Nyukasl kəndində baş verib. Axşam saatlarında yoldan keçənlər küçədə gəzən bir qadını görüblər. O, şok vəziyyətində evində "nəsə pis bir şeyin baş verdiyini" bildirib.
Polis evə daxil olduqda 4, 8 və 10 yaşlarında olan 3 uşağın cansız bədəni ilə qarşılaşıb. Meyitlərin üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Uşaqların zəhərləndiyi ehtimal olunur.
Qadın xəstəxanaya çatdırılıb. Qadının polisə verdiyi ifadə barəsində heç bir məlumat yoxdur.
Bəzi məlumatlara görə, evin pəncərəsində məktub tapılıb. (ölkə.az)