Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 08:50
Ukraynanın "PrivatBank"ı Sovet İttifaqı KP MK-nın baş katibi Leonid Brejnevin rezidensiyasının da daxil olduğu inzibati-ictimai kompleksin bir hissəsini hərraca çıxarıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, mülklə bağlı məlumatlar "Setam" onlayn satış sistemində yerləşdirilib.
Hərrac fevralın 4-də keçiriləcək. İlkin qiymət 97,946 milyon qrivnadır.
Kompleks Dneprin (Ukrayna) mərkəzi rayonunda yerləşdir. Onun yaxınlığında sahilyanı şəhərlər, supermarketlər, bank filialları və əyləncə müəssisələri var.