Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 12:42
ABŞ Ali Məhkəməsi ölkədə daimi yaşayış hüququ verən Greencard-ın verilməsi qaydalarını sərtləşdirməyə icazə verib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, yeni qaydalar, ilk növbədə, dövlət müavinətlərindən istifadə edənlərə şamil olunacaq.
Məhkəmə iclası zamanı hakimlərdən beş nəfəri qərarın lehinə, dördü isə əleyhinə səs verib.
Yeni qərara əsasən, "Greencard" alınması zamanı güzəştli "Medicaid" sığortasından, ərzaq talonlarından istifadə edənlər çətinliklə qarşılaşa bilərlər. Bundan başqa, ciddi müalicə tələb edən xəstəliyin olması da maneə hesab oluna bilər. Özəl tibbi sığortanın olmaması və ingilis dilini zəif bilmək də mənfi rol oynayacaq.