Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 16:24
“Counterpoint Technology Market Research” analitiklərinin məlumatına görə, Hindistan ilk dəfə ilin yekununa görə ikinci ən böyük smartfon bazarı olub. 2019-cu ildə Hindistana smartfon tədarükünün həcmi 7% artaraq 158 milyona yaxınlaşıb. Beləliklə, Hindistan ABŞ-ı qabaqlayaraq Çindən sonra ikinci ən böyük smartfon bazarı olub.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər qeyd edirlər ki, reytinqdə yerdəyişmə Hindistanda orta qiymətə satılan smartfon seqmentinin çoxalması və Çin brendlərinin aqressiv “hücumu” fonunda baş verib. “Counterpoint” şirkətinin məlumatına görə, ötən il Hindistan bazarına satışa çıxarılmış smartfonların 72%-i Çin istehsalçılarına məxsusdur. Bu, Çin brendləri üçün rekord bir göstəricidir: 2018-ci ildə bu göstərici 60%-ə bərabər idi.
Hindistanda ən böyük smartfon tədarükçüsü olan “Xiaomi” şirkəti tədarük həcmini 5% artırıb. Çinin “Realme” brendinin tədarük həcmi 255% artıb.
2019-cu ildə “Samsung” şirkəti tərəfindən Hindistana smartfon tədarükünün həcmi 5%, bazar payı isə 24%-dən 21%-dək azalıb.
Emil Hüseynov