Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 20:50
"Sabah" heyətini yeni futbolçuyla gücləndirib.
Sonxeber.net xəbər verir ki, paytaxt təmsilçisi Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçukla 1,5 illik müqavilə imzalayıb.
26 yaşlı futbolçu karyerası ərzində "Daçia" (Moldova) və "Jilina" (Slovakiya) klublarının uğurları üçün çalışıb. Onun son komandası "Səbail" olub.
Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisində 19 oyun keçirib.