Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 08:26
2019-cu ildə Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərindən Azərbaycana ixrac 1,154 milyard dolları ötüb.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Ötən il İstanbuldan Azərbaycana ixrac 2018-ci illə müqayisədə 18,88 faiz artaraq 893,991 milyon dollar, Ankaradan ixrac 36,93 faiz artaraq 194,236 milyon dollar, İzmirdən ixrac 10,34 faiz artaraq 66,035 milyon dollar təşkil edib.
2019-cu ilin dekabrında qeyd olunan şəhərlərdən Azərbaycana ixrac 148,365 milyon dollara bərabər olub.
Hesabat dövründə İstanbuldan Azərbaycana ixrac 2018-ci ilin dekabrı ilə müqayisədə 22,49 faiz artaraq 77,387 milyon dollar, Ankaradan ixrac 101 faiz artaraq 64,738 milyon dollar, İzmirdən ixrac 41,04 faiz artaraq 6,24 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2019-cu ildə Türkiyədən Azərbaycana ixrac 2018-ci illə müqayisədə 11,98 faiz artaraq 1,623 milyard dollar təşkil edib.
2019-cu ilin dekabrında Türkiyədən Azərbaycana ixrac 2018-ci ilin dekabrı ilə müqayisədə 38,63 faiz artaraq 195,046 milyard dollara bərabər olub.