Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 18:30
Azərbaycanda 2005-ci ildən etibarən seçkilərdə "exit poll" keçirilir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
R.Qasımov bildirib ki, indiyə qədər heç vaxt "exit poll" keçirən təşkilatların nəticələri ilə rəsmi nəticələr arasında xəta marjası çox olmayıb: "Azərbaycanda bir neçə təşkilat var ki, bu sahədə kifayət qədər təcrübəlidir və onların "exit-poll" keçirməsi önəmlidir".