Tarix: 19 May 2019 11:16
Milli komandamızın hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" klubu baş məşqçisi Marko Antverpenlə yollarını ayırıb.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 3-cü bundesliqanın 38-ci turunun "Zvikkau" ilə oyunu (0:2) almaniyalı mütəxəssis üçün sonuncu olub. Klub rəhbərliyi 47 yaşlı çalışdırıcının başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Antverpen 2017-ci ilin yayından "Proyssen"i çalışdırırdı. Münster təmsilçisi bu mövsümü 8-ci pillədə başa vurub.