Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2019 11:56
Fransa çempionatının 37-ci turunun "Dijon"la oyununda (4:0) dubl edən Kilian Mbappe qollarının sayını 32-yə çatdıraraq, bombardirlər yarışında liderliyini bir qədər də möhkəmlədib.
Qol.az xəbər verir ki, 20 yaşlı forvard mövsümün sonuna bir tur qalmış ən yaxın izləyicisi Nikolya Pepeni 11 top qabaqlayır. Mbappe bu göstərici ilə son 53 ildə bir mövsümdə 32 və daha çox qol vuran ilk fransız futbolçudur.
Qeyd edək ki, sonuncu dəfə "Nant"ın hücumçusu Filippu Qonde 1965-1966 mövsümündə 36 dəfə fərqlənmişdi.