Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 11:08
Bakı. Trend:
ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli yanvarın 30-da Azərbaycana səfərə gəlib.
Trend-in məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Georgi Tseretelini Milli Məclisin sədr müavini Bahar Muradova qarşılayıb.
Georgi Tsereteli ATƏT ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın mövcud olduğunu bildirib. O deyib ki, ATƏT fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə əhəmiyyət verir və təşkilat olaraq biz də seçkiləri müşahidə edəcəyik.
ATƏT Parlament Assambleyasının prezidenti Azərbaycanda müxtəlif istiqamətlərdə - siyasi, iqtisadi, sosial sahələrdə islahatlar həyata keçirildiyini qeyd edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin