Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 18:26
“Sevilya” 19 yaşlı futbolçusu Brayan Hili icarəyə verib.
Qol.az İspaniya mətbuatına istinadən yazır ki, gənc yarımmüdafiəçi bu mövsümün sonuna qədər icarə qaydasında digər La Liqa təmsilçisi “Leqanes”də çıxış edəcək. Bu keçidə görə “Sevilya”ya 100 min avro təzninat ödəniləcək.
Qeyd edək ki, B.Hil “Sevilya”nın ötən il tərkibində 11 oyunda meydana çıxıb. O, Avropa Liqasının qrup mərhələsinin “Sevilya” – “Qarabağ” matçında (2:0) da iştirak edib və komandasının ilk qolunu vurub.